“Filmdə Fikrət Əmirov haqqında bütün həqiqələr öz əksini tapıb” - VAQİF MUSTAFAYEV

“Kino funksional olmalı, maarifləndirici əhəmiyyət daşımalıdır. Mən indiyə kimi Heydər Əliyevlə bağlı 12 film çəkmişəm. Hansı ki, filmlərdə Ulu Öndərin fəaliyyəti, gördüyü işlər öz əksini tapıb”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının xalq artisti, kinorejissor Vaqif Mustafayev deyib.

V.Mustafayev bildirib ki, daha sonra Fikrət Əmirovun yaradıcılığı diqqətini cəlb edib: ““Fikrət Əmirov” filmi isə çox böyük marağa səbəb oldu və uğur qazandı. Filmdə Fikrət Əmirov haqqında bütün həqiqələr öz əksini tapıb.

Film hazırda 5 dilə tərcümə edilib və Avropa festivallarında da nümayişi gözlənilir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə