Bakıdakı Rus Evində tanqo üzrə açıq dərs keçirilib.
SİA-nın əldə etdiyi məlumata görə, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən bildirilib ki, əvvəlcə Bakıdakı Rus evinin rəhbərinin müavini Yelena Mazayeva qonaqları salamlayıb.
Sonra təcrübəli müəllim və xoreoqraf Lenay Seyidəli-zadə tanqonun yaranması tarixi və bu Latın Amerika rəqsinin fəlsəfəsi haqqında qısa mühazirə oxuyub.
Məşqlər zamanı gecənin qonaqları addımları, posturanı, qucaqlaşmanı və hətta tanqoda "pivot" adlanan əyirməni təcrübədən keçiriblər. Əldə olunan bacarıqları möhkəmlətmək üçün bütün iştirakçılar öyrəndikləri texnikaları bir rəqsdə yerinə yetiriblər.
Tanqo dünyasına qərq olmaq və bu rəqsi öyrənmək istəyən hər kəs aşağıdakı nömrələrə zəng edərək kurslara yazıla bilər: +(994 012) 493 44 19, +(994 50) 322 00 65.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB