“Avroviziya” mahnı müsabiqəsinin ilk yarımfinal mərhələsi başlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, yarış Birləşmiş Krallığın Liverpul şəhərində təşkil olunur.
Bu gün 15 ölkənin təmsilçiləri səhnəyə çıxacaqlar.
Azərbaycan təmsilçiləri Tural və Turan Bağmanov qardaşları 12-ci nömrə altında səhnəyə çıxacaq.
Birinci yarımfinalda Norveç, Malta, Serbiya, Latviya, Portuqaliya, İrlandiya, Xorvatiya, İsveçrə, İsrail, Moldova, İsveç, Çexiya, Niderland və Finlandiya da mübarizə aparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB