“Avroviziya” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb

9 May 2023 23:15 (UTC+04:00)

“Avroviziya” mahnı müsabiqəsinin ilk yarımfinal mərhələsi başlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, yarış Birləşmiş Krallığın Liverpul şəhərində təşkil olunur.

Bu gün 15 ölkənin təmsilçiləri səhnəyə çıxacaqlar.

Azərbaycan təmsilçiləri Tural və Turan Bağmanov qardaşları 12-ci nömrə altında səhnəyə çıxacaq.

Birinci yarımfinalda Norveç, Malta, Serbiya, Latviya, Portuqaliya, İrlandiya, Xorvatiya, İsveçrə, İsrail, Moldova, İsveç, Çexiya, Niderland və Finlandiya da mübarizə aparacaq.