Həm köşə yazılarımda, həm də sosial şəbəkədəki paylaşımlarımda bir çox dəfə bunu yazmışdım: Azərbaycan musiqisi bu gün əxlaq və mənəviyyat yoxsulu olan, ərini yataqda qoyub “həcilərə” qaçan gözəlçə “müğənnilər” ucbatından artıq tarixdən silinməklə, kütləyə çevrilmiş cəmiyyət isə musiqi duyumunu itirməklə üz-üzə qalıb. Tam ciddi olaraq vəziyyət bu acınacaqlı haldadır. Yüz illər boyu yol gələn Azərbaycan musiqisi bu gün reanimasiyada can verən xəstənin halından daha betər gündədir. Fonoqramla, səsyazma studiyalarının köməyi ilə “ifa edən müğənni” sürüsü bu gün həşərat kimi cəmiyyəti başına alıb gedir.
Elementar mədəniyyət və təhsil sahibi olmayan, musiqidən qəti anlayışı olmayan gözəlçə “maskaların” bazarına çevrilib musiqi sahəsi. Bu gün təkcə Azərbaycan mədəniyyətini deyil, elə Azərbaycanın ÖZÜNÜ dünyaya tanıdan böyük, ciddi misiqidən diletant, barbar və əxlaq yoxsulu olan “gözəlçələrin” kütlə üçün hazırladıqları “nanay-nanay” çalğısının səviyyəsinə enmişik. Zövqlər də aşağı səviyyəyə yuvarlanıb.
Ötən əsrin 70-80-ci illərində Filarmoniya lojalarında Çaykovskinin “Qu gölü” baletinə, Niyazinin “Xosrov və Şirin” operasına, “Çitra” baletinə, “Rast” simfonik muğamına canlı tamaşa etməkdən ötrü konsert biletləri axtaran, intellektual, səviyyəli cəmiyyətin əvəzinə bu gün “nanay-nanay”, “ay canı yanmış” kimi küçə səviyyəli kütlə cırıltısı ifa edən maskalarla şəkil çəkdirmək üçün sıraya düzülən kütləni müşahidə edirik. Səviyyələrin, zövqlərin və musiqi düşüncələrinin faciəli, bərbad fərqini göstərən İKİ ƏSRİN ACI MÜQAYİSƏSİ!
İstənilən kəslə müzakirə, hətta mübahisə etməyə hazıram ki, Azərbaycan musiqisi üçün, elə Azərbaycan ədəbiyyatı üçün də ən qızıl dövr ötən əsrin 60-70-80-ci illəri sayılmalıdır. Amma təkcə musiqi və ədəbiyyat üçünmü? – həm də Azərbaycan cəmiyyəti üçün qızıl dövr sayılır o illər. İntellektual, musiqi və ədəbi zövqü yüksək olan, mənəvi və əxlaqi dəyərlərə sahib olan, şəhər mədəniyyətinin hələ itmədiyi dövr sayılır ötən əsrin 60-70-80-ci illəri. İncəsənətə, mədəniyyətə dəyər verən cəmiyyət mövcud idi o illərdə. Hələ o zaman Bakıda harada gəldi tikilən, tikinti qaydalarına qəti uyğun olmayan, zəlzələlər üçün qorxunc təhlükə sayılan “novostroykalar”, o “novostroykalarda” zibilini qapının kandarında qoyan, bəzəkli liftlərdə tualet ehtiyacını ödəyən, küçədə harada gəldi tüpürüb bağırıb-çağıran, şəhər mədəniyyətindən bixəbər olan, mədəniyyət anlayışından bixəbər “şəhərlilər” mövcud deyildi.
Ötən əsrin 80-ci illərinin sonu, həm də Azərbaycan ədəbiyyatının “suyu qurumuş dəyirman”a dönüş tarixidir. Həm də ədəbiyyatı söyüd ağacına, gövdəsi qurumuş çürük ağaca çevrilmiş, bu gün haqqında ancaq keçmişdəki xatirələr danışılan ÖLMÜŞ ƏDƏBİYYAT...
Bu gün isə vəziyyət tam fərqlidir. “Həcilərin” qoynunda uyuyan maskaların güclü pullar hesabına kütlə üçün hazırladıqları “mahnılar” səviyyəsiz efirləri zəbt edib gedir. Azərbaycan cəmiyyəti bu gün əxlaqsız, ləçər “müğənnilərin” fanatına çevrilib, səviyyəsiz “mahnılarına” qulaq kəsilirsə, demək, bu işdə həm də fahişə və cinsi azlıqları - “per-petuxları” reklam edən televiziya kanallarının da mənəvi cinayət payı yüksəkdir. Onsuz da bütün mövsümü yaşlı qadınları, imkansız insanları efirlərə çıxarıb əl meymunu kimi oynadan, onları ələ salan, bununla da özünü “teleaparıcı”, telekanal adlandıran diletantlar, bu xalqa qarşı ən böyük pisliyi sizlər edirsiniz!
Elementar mədəniyyəti və musiqi savadı olmayan gözəlçələri müğənni adı ilə reklam edəndə, həm də böyük Azərbaycan musiqisinə qarşı bağışlanılmaz cinayət törətdiklərinin fərqində olmalıdırlar. Amma milli dəyərlərə azacıq sayğı onlarda nə gəzir. Bilə-bilə mənəvi dəyərləri efir xatirinə məhv edirlər. Xüsusilə, diletant səviyyəli aparıcı sürüsü lap komik durumdadır. Əyin-başını Andrey Moloxova, Zühal Topala, daha kimlərə oxşadan bu səviyyə yoxsulları həm də efirlərə çıxardıqları qarğaları reklam etməklə musiqi zövqümüzü məhv edirlər. Ağır mənzərədir. Amma çox-çox əmin olmaq istəyrəm ki, yenə də filarmoniya lojalarında dünya musiqisini dinləyən Azərbaycan cəmiyyəti yetişəcək. Ümidim bu günədir....
Mətləb Salahov
Bütün xəbərlər Facebook səhifəmizdə