Qeyrətin kölgəsində əzilən Qadın: cəmiyyətin günahı

Azərbaycanda qadın zorakılığı təkcə fərdi faciə deyil — bu, bütün cəmiyyətin günahıdır. Cəmiyyət kişiləri patriarxal dəyərlərlə “qudurur”, onları qorxudaraq, əmr altında saxlayır. “Qeyrət”, “namus”, ata, qardaş, ər — bunlar yalnız bəhanələrdir, qadınların həyatını məhdudlaşdırmaq və onu əzmək üçün yaradılmış saxta simvollardır. Kişilər bu anlayışların arxasında gizlənərək, qadına hökm edir, onu alçaldır. Amma əslində bu yalnız kişilərin öz eqosunun və zəifliyinin ifadəsidir. Qadınlar isə ağılı, iradəsi və əzmi ilə onları üstələyir. Qadın öz ağılı ilə kişini utandırır, onu həzm edə bilməyəcəyi vəziyyətə qoyur. Kişi qorxur, əsir və qadının gücünü qəbul edə bilmir.

Bu gün də qadın zorakılığı davam edirsə, səbəb təkcə kişi deyil. Cəmiyyət kişiləri “qudurur”, patriarxal dəyərləri normal hesab edir və qadının azadlığını əngəlləyir. “Qeyrət” və “namus” adı altında qadın əzilir, amma əslində bu anlayışlar uydurmadır, qadına hökm edən patriarxal sistemin rəmzləridir. Qadın zorakılığa məruz qalırsa, bu sistemin qüsurudur, əsl günahkar patriarxal cəmiyyətdir. Cəzalar çox vaxt zəifdir. Zorakılıq törədənlər çox zaman cəzasız qalır, qadınların haqları qorunmur. Bu isə kişiləri daha da cəsarətləndirir və zorakılığı davam etdirir. Qanunlar sərtləşməli, cəzalar artırılmalı, qadınları qoruyan effektiv mexanizmlər yaradılmalıdır. Qadınlar isə ucalır, ağılı ilə kişiləri üstələyir, sistemin saxta dəyərlərini ifşa edir. Qadınlar zorakılığa məruz qaldıqca da güclənir, cəsarəti artır. Patriarxal anlayışlara qarşı dayanan qadın, ağılı ilə cəmiyyəti üzərinə çəkir və dəyişimin başlanğıcını qoyur. Hələ də qadınlar azad deyilsə, hələ də zorakılıq davam edirsə, bu yalnız qadının yox, kişilərin və cəmiyyətin günahıdır. Amma qadınlar ağılı, iradəsi və əzmi ilə patriarxal sistemi sarsıdır. Qadınlar yüksəlir, kişilər alçaldılır və bu, qeyrətin kölgəsində əzilən qadınların yeni gücüdür.

Müəllif: İlkin Məmmədkərimov

Bütün xəbərlər Facebook səhifəmizdə