...ABŞ-ın “dünyanı 150 dəfə partlatmaq üçün kifayət qədər nüvə silahı” var, lakin ABŞ “nüvə silahı sınaqdan keçirməyən yeganə ölkə” olmayacaq.
SİA xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bunu CBS News-a verdiyi müsahibədə bildirib.
…Digər ölkələrdən daha çox nüvə silahımız var. Nüvəsizləşdirmə ilə bağlı bir şey etməliyik, - deyə o bildirib.
Tramp bu məsələni Çin lideri Si Cinpin və Rusiya rəhbəri Vladimir Putinlə müzakirə etdiyini bildirib.
…Dünyanı 150 dəfə partlatmaq üçün kifayət qədər nüvə silahımız var. Rusiyanın çoxlu nüvə silahı var, Çinin də çox nüvə silahı olacaq, - deyə o qeyd edib.
Eyni zamanda, Tramp qeyd edib ki, ABŞ-ın “sınaq keçirməyən yeganə ölkə olmasını” istəmir.
…Digər ölkələr kimi biz də nüvə silahı sınaqdan keçirəcəyik. Rusiya sınaqdan keçirir, Çin sınaqdan keçirir, amma onlar bu barədə danışmırlar. Biz açıq cəmiyyətik. Biz fərqliyik. Biz bu barədə danışırıq, - deyə Ağ Ev rəhbəri planlarını bölüşüb.
…Oktyabrın sonlarında Tramp Pentaqona nüvə silahı sınaqlarına başlamağı əmr edib. O, həmin vaxt qərar verməkdə tərəddüd etdiyini bildirmişdi, lakin öz sözləri ilə desək, "başqa seçimi yox idi".
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB