Xarici işlər naziri Ceyhun Bayramov Əlcəzairə rəsmi səfərə gedib

Noyabrın 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Əlcəzair Xalq Demokratik Respublikasına rəsmi səfərə yola düşüb. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən SİA-ya verilən məlumata görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun noyabrın 4-də Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf və digər yüksəksəviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə