Antalya Kitabxanasında Azərbaycan bölməsi açılıb

Noyabrın 3-də Türkiyənin Antalya şəhərində yerləşən Mərkəzi Kitabxanada Azərbaycan bölməsinin açılışı olub.

SİA xəbər verir ki, layihə Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycanın Türkiyədəki səfirliyi, Azərbaycan Mədəniyyət Mərkəzi və Antalya Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə həyata keçirilib.

Bölmənin yaradılmasında məqsəd iki qardaş ölkə arasında mədəni əlaqələrin daha da gücləndirilməsi, Azərbaycan ədəbiyyatı və tarixi haqqında məlumatların geniş oxucu auditoriyasına çatdırılmasıdır. Bölmədə klassik və müasir Azərbaycan ədəbiyyatının nümunələri, tarixi, incəsənət, musiqi və folklor sahələrinə dair kitablar yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə