Füzulidə Vətən müharibəsi şəhidlərinin anım günündə onların məzarları ziyarət edilib. Müqəddəs amal uğrunda canından keçən igidlərin xatirəsi ehtiramla anılıb, şərəfli ömür yolundan söz açılıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, anım mərasimində şəhid ailələri, qazilər, rayon icra hakimiyyətinin əməkdaşları, təhsil və mədəniyyət işçiləri, ziyalılar və kənd sakinləri iştirak ediblər. Məzarlar üzərinə güllər düzülüb, şəhidlərin ruhuna dualar oxunub.
Mərasimdə bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların şücaəti xalqımızın yaddaşında daim yaşayacaq.
Şəhid Fariz Babayev
1984-cü il təvəllüdlü Fariz Babayev Füzulinin Bala Bəhmənli kəndində doğulub. Həqiqi hərbi xidmətini tamamladıqdan sonra ordu sıralarında qalıb. Vətən müharibəsində Füzuli, Xocavənd və Şuşa istiqamətlərində döyüşüb, Şuşada Daşaltı istiqamətində qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə” və digər medallarla təltif edilib.
Şəhid Məhəmməd Talıbov
1996-cı ildə Böyük Bəhmənli kəndində doğulan Məhəmməd Talıbov hərbi xidmətdən sonra müddətdən artıq xidmət edən kimi Vətən keşiyində dayanıb. Cəbrayıl və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. Şuşa şəhəri ətrafında döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və digər medallarla təltif edilib.
Şəhid Əli Əliyev
1997-ci il təvəllüdlü Əli Əliyev Aşağı Yağlıvənd kəndində doğulub. 2016-cı il Aprel döyüşlərinin iştirakçısı olub. 2020-ci ildə könüllü olaraq səfərbərliyə yazılıb və manqa komandiri kimi döyüşüb. Cəbrayıl, Xocavənd, Füzuli, Qubadlı, Zəngilan və Şuşa istiqamətlərində döyüşlərdə iştirak edib və Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Mərasim iştirakçıları şəhidlərin xatirəsini dərin ehtiramla yad edərək onların qəhrəmanlığının gələcək nəsillərə örnək olduğunu vurğulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB