Berlin əyalət parlamentinin qəbul etdiyi yeni qanuna əsasən 2040-cı ilədək şəhərdə bir milyon ağac əkiləcək.
SİA yerli mənbələrə istinadla xəbər verir ki, paytaxtın iqlim dəyişikliyinə davamlılığını artırmaq və yaşıl sahələri əhəmiyyətli dərəcədə genişləndirmək məqsədi daşıyan qanuna əsasən şəhərdəki ağacların sayı 15 il ərzində təxminən iki dəfə artırılacaq. Layihənin ümumi dəyəri 3,2 milyard avro təşkil edir.
“Ağac Təşəbbüsü” (Baum Entscheid) adlı vətəndaş təşəbbüsünün təklifi əsasında hazırlanan qanun layihəsi bəzi düzəlişlərdən sonra şəhər parlamentində təsdiqlənib. Vətəndaş təşəbbüsü ilə irəli sürülmüş qanun layihəsinin demək olar ki, dəyişdirilmədən qəbul olunması Berlin tarixində ilk dəfə baş verir. 2018-ci ildə oxşar təşəbbüs nəticəsində şəhərin “Mobillik qanunu”na edilən dəyişikliklərlə velosiped infrastrukturunda da mühüm irəliləyişlər əldə olunmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB