Vətən müharibəsi əlillərinə hədiyyələr təqdim edilib

“Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı Vətən müharibəsi əlilinin və müharibə veteranlarının iştirakı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirib.

SİA xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə “Dayaq” təşkilatının sədri Qalib Əliyev, sədr müavini Məcid Məmmədov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov, Vətən müharibəsi qazisi, polkovnik-leytenant Anar Həsənov çıxış edərək 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Milli Ordusunun göstərdiyi qəhrəmanlıqdan və rəşadətdən, xalq-dövlət-ordu birliyi nümunəsindən və bütün bunların nəticəsində əldə olunan möhtəşəm Zəfərdən bəhs ediblər.

Tədbirin yekununda Vətən müharibəsi əlillərinə hədiyyələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə