"Azərbaycan 44 gündə Ermənistanın işğal siyasətini darmadağın etməyi bacardı" - ŞƏRH EDİDLİ

"8 noyabr Azərbaycanda Zəfər Günüdür. Məhz Azərbaycan 30 ilə yaxın davam edən işğala son qoymaqla yanaşı, 100 illik Ermənistan düşmənçiliyinə, millətçi ideologiyasına da son verdi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə.

Onun sözlərinə görə, Ermənistan uzun illər Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdüb, vandalizm, terror və soyqırımı həyata keçirib: "Ermənilər beynəlxalq səviyyədə Azərbaycana qarşı düşmənçilik aparmaqla yanaşı, bu işğalı legitimləşdirməyə çalışıblar. Lakin Azərbaycan 44 günlük müharibədə bütün bunlara son qoydu. Məhz bu 44 günlük müharibənin nəticəsidir ki, bu gün Ermənistan rəhbərliyi "tarixi Ermənistan" ideologiyasından imtina edir və daha real bir ideologiyaya keçid edir. Ermənistan hakimiyyəti Türkiyə və Azərbaycana qarşı düşmənçilik siyasətinin bitdiyini qeyd edir və erməniləri də bu yeni yanaşmaya uyğunlaşdırmağa çalışırlar.

Digər tərəfdən, 44 günlük müharibədə Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti yüksək şücaət göstərdi. Şuşanın alınmasında xüsusi təyinatlılarla yanaşı, digər bölmələr də qəhrəmanlıqla döyüşdülər. Azərbaycan 30 il ərzində Ordusunu gücləndirdi, müasir silahlarla təchiz etdi və nəticədə Ermənistan ordusu üzərində tam qələbə qazandı. Bu, həm Azərbaycan xalqının üstünlüyünün, həm də əsgər və zabitlərimizin yüksək döyüş qabiliyyətinin nəticəsi idi. Məhz 44 gündə Azərbaycan Ermənistanın işğal siyasətini darmadağın etməyi bacardı".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə