“Araz-Naxçıvan” futzal klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində 1/8 final mərhələsinin ilk matçına ciddi itki ilə çıxacaq. Bu barədə SİA-ya komandanın vitse-prezidenti Mahmud Sadıqov məlumat verib.
Braziliyalı futzalçılar - Covanni Da Silva Valerio, Karlos Enrike Bertuola və Alekssanderson Teyşeyra Barbosa Niderland təmsilçisi “Tayqers Rormund"la əsas mərhələnin son görüşündə 2-ci sarı vərəqəni alaraq cəzalı duruma düşüblər. Bu səbəbdən onlar növbəti qarşılaşmada komandaya kömək edə bilməyəcəklər.
Aleks Rezenda Da Silva isə zədəli olduğu üçün ilk qarşılaşmanı buraxa bilər. Onun oyun gününə qədər sıraya qayıdıb-qayıtmayacağı hələlik bəlli deyil.
Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları noyabrın 24-də və dekabrın 5-də, 1/4 final matçları isə gələn il fevralın 23-də və martın 6-da təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB