...Görünür, Çin və ABŞ bir-biri ilə döyüşmək deyil, birlikdə pul qazanmaq qərarına gəliblər. Tramp və Si Cinpin nadir torpaq metalları və tarif endirimləri üzrə bir illik ticarət müqaviləsi imzalayırlar...
...Və eyni zamanda "Ukraynadakı müharibəyə ortaq son qoymaq" barədə danışırlar.
SİA-nın məlumatına görə, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin direktoru Andrey Kovalenko Telegram-da yazır.
...Diplomatik baxımdan bu o deməkdir ki, Rusiya artıq nə Pekinə, nə də Vaşinqtona lazım deyil. Onun kozırları - ucuz resursları - bir gecədə yoxa çıxıb.
Tramp açıq şəkildə bildirib ki, "Rusiya ilə Ukrayna arasındakı müharibəyə son qoymaq üçün birlikdə çalışacağıq".
Si Trampın "Amerikanı Yenidən Böyük Et" siyasətini "Çinin dirçəlişi" ilə ortaq bir məqsəd adlandırıb.
Onlar düşmən deyillər - onlar tərəfdaşdırlar. Və bu, Moskva üçün fəlakətdir. Putin raketlər atarkən, gələcək dünya nizamı ilə bağlı real razılaşmalar onsuz da əldə edilir.
Çinin indi Kremlin zəhərli müharibəsini dəstəkləməkdənsə, Amerika ilə ticarət etmək üçün stimulu var.
Əgər Pekin və Vaşinqton birgəyaşayış üçün yeni bir düstur tapsalar, Rusiya sadəcə sivil dünyadan kənarda, vəziyyətə bağlı olsa da, əbədi xammal əlavəsi rolunda qalacaq.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB