Maddi imkanı zəif olan zorakılığa məruz qalan qadınlara pulsuz hüquqi yardım göstərilirmi? - HÜQUQŞÜNAS AÇIQLADI
“Vəkillərin fəaliyyəti vəkillər haqqında qanunla tənzimlənir”. Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Ramil Süleymanov bildirib.

Onun sözlərinə görə, həmin qanuna 23 fevral 2024-cü il tarixli dəyişikliklərlə dövlət hesabına hüquqi yardımın göstərilməsi maddəsinə əlavələr olunmuşdur: “Həmin dəyişiklikdə qeyd olunmuşdur ki, vəkillər və vəkillik haqqında qanunun 20.1-ci maddəsində qeyd olunmuşdur ki, inzibati qaydada tutulmuş şəxslərə, o cümlədən məişət zorakılığına məruz qalmış şəxslərə məhkəmədə vəkilin xidmət haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, həmin şəxslərə dövlət hesabına vəkil təyin olunur. Azərbaycan Respublikasının mülki prosesual məcəlləsinin 67.1-ci maddəsinə əsasən məişət zorakılığına məruz qalan şəxs pulsuz vəkil ilə təmin oluna bilər. Zərərçəkən adiyyatı üzrə məhkəməyə müraciət edir, məhkəmə əsaslandırılmış qərar qəbul edir ki, həqiqətən zərərçəkənə vəkil təyin olunmalıdır. Həmin şəxslərə dövlət hesabına vəkil təyin olunur. Bütün bu qeyd etdiklərim 67.1-ci maddədə qeyd olunur. Vətəndaşlar hüquqlarını bilmədikləri üçün pulsuz vəkil üçün müraciət etmir. Pulsuz keyfiyyətli hüquqi yardımla bağlı vəkillər kollegiyasında pulsuz hüquqi yardım gümləri keçirilir. Mən özümdə məşiət zorakılığına məruz qalmış çoxlu sayda insana pulsuz şəkildə hüquqi yardım göstərmişəm”.
Müəllif: İlkin Məmmədkərimov
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB