"Yuventus" Davidi göndərməyə hazırlaşır

“Yuventus” hücumçusu Conatan Davidi transfer siyahısına əlavə edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Turin klubu yayda heyətinə qatdığı kanadalı futbolçunu qış fasiləsində satmağı nəzərdən keçirir. 25 yaşlı hücumçu “Lill”dən keçidindən sonra İtaliyada özünü göstərə bilməyib. O, 11 oyuna çıxsa da, cəmi 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. David yeganə qolunu avqustda “Parma” ilə açılış matçında vurub.

Məlumata görə, futbolçunun nümayəndələri artıq bir neçə Avropa klubu ilə əlaqədədir. “Tottenham” və “Bayern” kimi klublar onun transfer şərtləri ilə maraqlanıb.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə