"Mançester Siti"nin yarımmüdafiəçisi Fil Foden yeni uğur əldə edib. SİA-nın verdiyi məlumata görə, o, buna İngiltərə Premyer Liqasının 10-cu turunun “Bornmut”la matçında iştirak etməklə nail olub. İngiltərəli futbolçu "şəhərlilər"lə yerli çempionatda çıxdığı oyunların sayını 200-ə çatdırıb. Nəticədə Foden "Mançester Siti" tarixində İngiltərə çempionatında 200 oyun həddinə çatan ən gənc oyunçu olub - 25 yaş 158 gün.
Əvvəlki rekord 26 yaş 284 günlüyündə 200-cü oyununu keçirən Rahim Sterlinqə məxsus idi. Qeyd edək ki, Foden "Mançester Siti"nin yetirməsidir. O, 2016-cı ildə klubun əsas komandasında debüt edib. Həmçinin Fil 2020-ci ildən İngiltərə A millisinin üzvüdür.
Müəllif: Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB