"İşğaldan azad olunmuş torpaqlarda həyat yenidən canlanır" - ŞƏRH EDİLDİ
"Artıq bir neçə ildir ki, Azərbaycan xalqı və dövləti işğaldan azad olunmuş torpaqlarda böyük quruculuq və bərpa prosesinə start verib". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların nümayəndələri və müxtəlif diplomatik korpus üzvləri Prezident İlham Əliyevin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərliyi ilə Qarabağa səfərlər edirlər:
"Bu səfərlər zamanı qonaqlar azad edilmiş şəhər və kəndlərdə həyata keçirilən genişmiqyaslı quruculuq, bərpa və abadlıq işləri ilə tanış olurlar. Onlar illərlə işğal altında qalmış, dağıdılmış, viran qoyulmuş ərazilərdə bu gün aparılan yenidənqurma işlərinin miqyasını və sürətini öz gözləri ilə görürlər. Ermənistanın işğal dövründə məqsədli şəkildə məhv etdiyi şəhərlər, yandırılmış kəndlər, dağıdılmış məscidlər, məktəblər və tarixi abidələr bu gün Azərbaycan dövlətinin gücü və xalqımızın iradəsi sayəsində yenidən dirçəlir. Füzuli, Cəbrayıl, Zəngilan, Şuşa, Laçın, Kəlbəcər və digər bölgələrdə yeni yollar, hava limanları, məktəblər, xəstəxanalar, yaşayış massivləri və sənaye parkları inşa olunur.
Azərbaycan hökuməti bu prosesə “Böyük Qayıdış” adını verib. Bu, təkcə binaların, yolların və infrastrukturların bərpası deyil — bu, həm də 30 ilə yaxın həsrətdən sonra həmin torpaqlara həyatın, mədəniyyətin və insan nəfəsinin qayıdışıdır. Bu gün azad edilmiş ərazilərdə aparılan hər bir layihə təkcə regionun inkişafına deyil, bütövlükdə Azərbaycanın iqtisadi, sosial və mənəvi gücünün artmasına xidmət edir. Qarabağ və Şərqi Zəngəzur bölgələri artıq tədricən yenidən Azərbaycanın ən gözəl guşələrinə çevrilir, yeni həyatın, dirçəlişin rəmzi kimi formalaşır".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB