İranın Azərbaycandakı səfiri Naxçıvana gedib - FOTOLAR

İranın Azərbaycandakı səfiri noyabrın 3-də Müctəba Dəmirçilu Naxçıvana gedib. SİA-nın yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov İran səfirini qəbul edib.

Bildirilib ki, görüşdə dövlət başçılarının siyasi iradəsi və dostluq münasibətləri nəticəsində Azərbaycanla İran arasında yaranan qarşılıqlı əlaqələrdən, Naxçıvan Muxtar Respublikasının bu əlaqələrdə rolundan danışılıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə İranın Naxçıvandakı baş konsulu Əziz Mənsuri də iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə