Rusiya-Ukrayna müharibəsindən sonra Qərb ölkələrinə məxsus bir çox qlobal brend Rusiyanın işğalçılıq siyasətinə etiraz olaraq Rusiyadakı zavodunu bağladı və Rusiya bazarını tamamilə tərk etdi. Ölkəmizə isə qida, şəxsi gigiyena və təmizlik məhsulları və dərmanlar Rusiya və Qərb ölkələrindən gəlirdi. Rusiya-Ukrayna müharibəsindən sonra isə qlobal brendlərin Rusiya zavodu bağlandığı üçün markalar Türkiyə və Asiya ölkələri istehsalı gəlməyə başladı ki, burada da Türkiyə və Asiya ölkələri zavodu istehsalının keyfiyyəti tamamən fərqlidir. Yəni biz eyni qiymətə bərbad keyfiyyətli markalar almağa başladıq. Dünyanın əksər ölkələrində qlobal brendlərin üzərinə keyfiyyət standartları, fəaliyyət göstərdikləri ölkələrdə mütləq şəkildə nümayəndəliklərinin olması öhdəliyi qoyulur.
Ölkəmizdə isə bu sahə ilə bağlı qanunvericilikdə boşluqlar var. Bundan başqa bir çox qlobal brendin 28 ildir ölkədə rəsmi nümayəndəliyi və idxalçısı ola-ola supermarketlər həmin brendlərin məhsullarını Türkiyədən və digər ölkələrdən özləri idxal edirlər. Sual olunur: Brendin öz nümayəndəliyi ola-ola supermarketin nə marağı varki, həmin brendlərin məhsullarını xarici ölkələrdən özləri idxal edirlər? Qlobal brendlərin saxta məhsulları isə supermarketlərdə tüğyan edir. Supermarketlərdə alış-veriş zamanı satıcılar özləri açıq aşkar bildirirlər ki, filan məhsul originaldır, filan məhsul isə saxtadır.
Mövzu ilə bağlı marketoloq Anar Rüstəmli SİA-ya açıqlamasında bildirib ki, qlobal brendlərin hansı məhsulu hansı ölkədə satması bazarın tələbindən və istehlakçıların davranışlarından asılıdır.
Onun sözlərinə görə, supermarketlərdə satılan şəxsi gigiyena və təmizlik məhsulları saxtadır və Sumqayıtda istehsal olunur: “Qlobal brendlər öz məhsullarını ölkəyə distributor şirkətləri vasitəsi ilə idxal edirlər. Təəssüfki, bu gün ölkədə qlobal brendlərin saxta məhsulları tüğyan edir. Qlobal brend özü saxta məhsulların bazardan çıxarılmasında maraqlı olmalıdır. Qlobal brendlər saxta məhsulları istəsə belə bazardan çıxara bilməzlər. Çünki ölkədə saxta məhsulların satışı ilə məşğul olan çox güclü monopolistlər var. Qlobal brendlərin o monopolistlərlə mübarizə aparmağa gücü çatmır”.
Mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov açıqlamasında bildirib ki, ölkədə qlobal brenlərin üzərinə keyfiyyət öhdəliyi və ölkədə mütləq nümayəndəliyin olması ilə bağlı tələb qoyulmur.
Onun sözlərinə görə, supermarketlərin özlərinin təmizlik və şəxsi gigiyena məhsullarının idxalı ilə məşğul olması qanunsuzdur: “Ölkədə qlobal brendlərin saxta məhsulları geniş yayılıb. Prezident yanında Antiinhisar siyasəti və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bazardan saxta məhsulların yığışdırılması istiqamətində addımlar atmalıdır. Təssüfki bu istiqamətdə heç bir iş görülmür”.
Müəllif: İlkin Məmmədkərimov
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB