“Sosial problemlərin həllində mədəniyyət amili”

Lerikdə mövzusunda debat keçirilib

14 aprel 2017-ci il tarixində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin və Lənkəran regional Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə Lerik rayonunda gənc mədəniyyət işçiləri arasında “Sosial problemlərin həllində mədəniyyət amili” mövzusunda növbəti debat təşkil olunmuşdur.

Tədbirdə Lənkəran regional Mədəniyyət və Turizm İdarəsinin tabeçiliyində olan Lənkəran, Lerik, Astara rayonlarının mədəniyyət müəssisələrinin 50 nəfərdən çox gənc mədəniyyət işçsinin iştirak etmişdir.

Debatda sosial problemlər içərisində müzakirə olunacaq əsas mövzulardan biri - erkən nikahlar olmuşdur. Qeyd olunmuşdur ki, umumiyyətlə, bu problem uşaq hüquqlarının pozulması ilə nəticələnir, iki nəslin - həm indiki, həm gələcək nəslin nümayəndələrinə sağalmaz yaralar vurur. Ona görə də bu mövzuda debatların keçirilməsində məqsəd həmçinin bu problemə müasir formada yanaşılması, onun həllinə gənclərin cəlb edilməsi, ona qarşı mübarizə və gənclər arasında təbliğat işlərinin aparılması, yaratdığı mənfi nəticələrin göstərilməsi, bu nəticələrə qarşı diqqətin artırılması və sağlam həyat tərzinin təbliğ edilməsidir.

Mövzu ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə