Şimali Koreyadan ABŞ-a xəbərdarlıq

Şimali Koreyanın Xarici İşlər Nazirliyi Amerika Birləşmiş Ştatları və Cənubi Koreyanın birgə hərbi təlimlər keçirməsi barədə xəbərdarlıq edib. SİA xəbər verir ki, bunu Şimali Koreya "potensial işğala hazırlıq" hesab edib və ABŞ-a "daha güclü təqib tədbirləri görəcəyi" barədə xəbərdarlıq edib.
Şimali Koreya Xarici İşlər Nazirliyi bəyanat yayaraq ölkəni xarici hərbi təhdidlərdən müdafiə etmək üçün “bütün lazımi tədbirləri” görməyə hazır olduğunu bildirib.
Bəyanatda ABŞ hərbi təlimlərə görə "sülh və təhlükəsizliyin məhv edilməsində əsas günahkar" kimi göstərilib.
"ABŞ ciddi hərbi təxribatlarda israr edərsə, Şimali Koreya daha güclü təqib tədbirləri nəzərdən keçirəcək", - bəyanatda deyilir. Şimali Koreyanın dünən keçirdiyi raket sınaqlarından sonra gərginliyin artdığı Koreya yarımadasında ABŞ və Cənubi Koreyanın genişmiqyaslı birgə hava təlimlərinə başladığı bildirilib.
ABŞ və Cənubi Koreya birgə təlimlərinin ilkini 2015-ci ildə keçirib. Təlimlər 2018-ci ildə Cənubi Koreyanın keçmiş prezidenti Mun Çje İnin Şimali Koreya ilə barışıq siyasətinin bir hissəsi olaraq dayandırılıb.
Son aylarda keçirdiyi raket sınaqları ilə reaksiyalara səbəb olub. Şimali Koreya oktyabrın 28-də Yaponiya dənizi istiqamətində iki ballistik raket atıb.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə