ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinlə bağlı Ağ Evdə fikirlər səsləndirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, noyabrın 8-də keçiriləcək Konqres öncəsi Ağ Evdə çıxış edən prezident Co Bayden inflyasiya və neft qiymətləri, eləcə də xarici siyasətlə bağlı sualları cavablandırıb.
Bayden deyib: "Məncə, Putin çox çətin vəziyyətdədir. O? Ukrayna xalqını tabe etmək üçün sərt qaydalardan istifadə edir".
Bayden ölkədə artmasından qorxulan benzin qiymətlərinə nəzarət etmək üçün bazara 15 milyon barel neft veriləcəyini açıqlayıb. Bütün dünyada benzinin qiymətinin qalxmasında Ukrayna ilə müharibəyə başlayan Rusiya prezidenti Vladimir Putini günahlandıran Bayden, yaydan bəri atılan addımlar sayəsində benzinin qiymətinin ucuzlaşdığını, lakin enişin davam etmədiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB