"Səudiyyə Ərəbistanı Rusiyanın tərəfini tutmur"

Səudiyyə Ərəbistanının müdafiə naziri Şahzadə Xalid bin Salman Neft İxrac Edən Ölkələr Birliyi və ya qısaca OPEC təşkilatının neft hasilatını azaltma qərarının sırf iqtisadi səbəblərdən alındığını və bu qərara görə Səudiyyə Ərəbistanının Ukraynaya qarşı Rusiyanın tərəfində olmaqda ittiham edilməsinə təəccübləndiklərini bildirib. SİA xəbər verir ki, Müdafiə naziri Bin Salman "tvitter" hesabından açıqlama verib.

O paylaşdığı açıqlamada bildirir ki, Səudiyyə Ərəbistanının Ukrayna-Rusiya müharibəsində Moskvanın tərəfini tutmaqda ittiham edilməsi bizi təəccübləndirib: "Qeyd etmək lazımdır ki, bu əsassız ittihamlar Ukrayna hökumətindən gəlməyib"

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə