Rusiya üçün fəlakətli nəticələr gözlənilir ABŞ

Amerika Rusiyanın Ukraynaya qarşı hər hansı nüvə silahına əl atacağı təqdirdə qəti şəkildə cavab verəcəyini bildirib və Moskvanı bunun "fəlakətli nəticələrlə" üzləşəcəyi ilə bağlı xəbərdarlıq edib. SİA xəbər verir ki, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan NBC telekanalında bu barədə danışıb.

O bildirib ki, Rusiya sərhədi keçərsə, bunun Rusiya üçün fəlakətli nəticələri olacaq: “ABŞ Moskvaya bunun nə demək olduğunu özəl olaraq çatdırıb”.

Sullivan həmçinin əlavə edib ki, ABŞ Rusiya ilə tez-tez və birbaşa əlaqə saxlayır.

Putinin "Ukrayna xalqını xəritədən silmək niyyətinin" davam etdiyini bildirən Sullivan qeyd edib ki, ona görə də Rusiya müharibəyə davam etdiyi müddətcə ABŞ silah, arsenal, kəşfiyyat və təklif edə biləcəyimiz hər cür dəstəyi Ukraynaya davam etdirəcək.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə