Rusiyada mənzil-kommunal xidmətlərinin tarifləri qaldırılır

Beləliklə, iyulun 1-dən etibarən Rusiyada kommunal xidmətlərin tarifləri artacaq. Belə ki, elektrik enerjisi, soyuq və isti su, qaz, istilik, kanalizasiya... ölkə üzrə orta artım 4 faiz olacaq. Hələlik, çünki bu da son olmaya bilər.

Tariflər ən çox Çeçenistanda - 6,54 faiz, Sankt-Peterburqda - 6,3 faiz, Sevastopol, Krım və Tatarıstanda - 6,2 faiz, Moskva, Dağıstan və Yakutiyada – 6 faiz artacaq. Ən kiçik artım isə Sverdlovsk vilayətində olacaq - 2,9 faiz.

“NTV”-nin məlumatına görə, Dövlət Dumasının tikinti və mənzil-kommunal təsərrüfat komitəsinin üzvü Aleksandr Yakubovski kommunal xidmətlərin tarif artımının səbəbini sadə ruslara “xırdalayaraq” Rusiyada bunun subyekti səviyyəsində hesablandığını bildirib,

Deputatın sözlərinə görə, tariflərə yenidən baxılması çox vaxt işığın, qazın qiymətinin artırılması, kommunal xidmət işçilərinin əmək haqlarının indeksləşdirilməsi, investisiya proqramlarının həyata keçirilməsi ilə bağlıdır.

Hakimiyyət orqanları daimi indeksasiyanı infrastrukturun modernləşdirilməsi və əsaslı təmiri üçün vəsait toplamaq ehtiyacı ilə izah edirlər.

SİA bu arada “Moskovskiy komsomolets”ın məlumatına istinadən, hazırda rusların mənzil-kommunal xidmətlərini ödəmək üçün borcunun təxminən 1,5 trilyon rubl təşkil etdiyini bildirir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə