Yunanıstan rus tankerini ələ keçirdi

ABŞ, Avropa və digər müttəfiqlərinin tətbiq etdiyi sanksiyalarla küncə sıxışan Rusiyaya daha bir bəd xəbər Yunanıstandan gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Afina rəhbərliyi, Avropa Birliyinin sanksiyaları çərçivəsində Karistosda Rusiya neft tankerinin ələ keçirildiyini açıqlayıb.
Katimireni ilə danışan Sahil Mühafizəsi səlahiyyətliləri "Peqas" adlı tankerin Rusiya bayrağı daşıdığını və 250 metr uzunluğunda olduğunu bildirib. Tankerdə 19 rus dənizçisinin olduğu deyilir.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə