Yunanıstan ABŞ-ı geridə qoydu NATO

NATO ölkələri arasında 2021-ci ildə milli gəlirdən müdafiə xərclərinə ən çox pay ayıran ölkə Yunanıstan olub. SİA xəbər verir ki, NATO-nun 2021-ci il apardığı statistika məlumatlarına görə, Yunanıstan uzun illərdən sonra milli gəliri daha çox müdafiəyə yer ayırıb.

Beləliklə, Yunanıstan müdafiəyə ayırdığı gəlirə görə ABŞ-ı geridə qoyub. Yunanıstan 2021-ci ildə milli gəlirin 3,8 faizini müdafiə xərclərinə ayırıb. Yunanıstanın son illərdə müdafiəyə ayırdığı pay Şərqi Aralıq dənizində Türkiyə ilə yaşadığı gərginliyə paralel olaraq artır.

“NATO Ölkələrinin Müdafiə Xərcləri 2014-2021” hesabatı ölkələrin müdafiə xərclərinin Ümumi Daxili Məhsula nisbətini göstərir. İkinci yerdə 3,5 faizlə ABŞ qərarlaşıb. Bu ölkələri 2,8 faizlə Xorvatiya, 2,3 faizlə İngiltərə, Estoniya və Latviya izləyir.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə