Kolumbiyada iki silahlı hücum olub...

...ölənlər və yaralananlar var

Kolumbiyanın şimalındakı Antiokiya departamentinin El-Baqre bələdiyyəsinə naməlum şəxslərin hücumu nəticəsində azı iki polis ölüb, bir polis əməkdaşı yaralanıb.

SİA xəbər verir ki, bu barədə “El Espectador” qəzeti məlumat yayıb.

Məlumata görə, naməlum şəxslər partlayıcı qurğuların köməyi ilə patrul əməkdaşlarına hücum ediblər. Ehtimal olunur ki, cinayətin arxasında “Gulf Clan” cinayətkar dəstəsinin üzvləri dayanır. Polis bildirib ki, hücum bu həftənin əvvəlində təşkilatın üç üzvünün həbsinə cavab ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə