Latviyada rusdilli yayım telekanalı bağlanıb

...Telekanalın fəaliyyətində elektron KİV haqqında qanunun 3 əhəmiyyətli pozuntusu aşkarlandığı üçün bu qərar qəbul edilib.

Qeyd edək ki, Latviya televiziya kanalı olan “Birinci Baltik Kanalı”

Baltikyanı ölkələrdə Rusiyanın Birinci Kanalını yayımlamaq üçün yaradılıb.

Onu da bildirək ki, bu il fevralın 1-dən etibarən Latviyanın “Tet” telekommunikasiya şirkəti Rusiyanın PBK, NTV Mir, Ren TV Baltiya, Kinokomedia və Kinomix telekanallarının respublika ərazisində yayımını dayandırıb. Latışların dediyinə görə, bu qərara səbəb sanksiyalar rejiminə əməl olunmaması ilə bağlı qorxu olub.

Xatırladaq ki, bu telekanalların Latviyadakı distribyutoru əvvəllər beynəlxalq sanksiyaları pozmaq ittihamı irəli sürülən “Baltic Media Alliance” media holdinqinin şirkətlərindən biri olan “TEM LV”-dir.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə