Vaksinasiyadan keçənlərə mükafatlar - DİQQƏT!

ABŞ prezidenti Co Bayden, bütün əyalət və yerli hökumətləri, Amerika Xilasetmə Planı da daxil olmaqla, aldıqları vəsaitdən istifadə edərək tam vaksinasiyadan keçən hər kəsə 100 dollar verməyə çağırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, açıqlamasında, prezident Bayden fevral ayında bir baqqal zəncirinin işçilərinə peyvənd edildikləri təqdirdə 100 dollar təklif etdiyini və bunun faydalı olduğunu qeyd edərək bunları deyib: "İşçilər arasında peyvənd nisbətləri 50 %-dən 75% -ə yüksəlib. New Mexiko, Ohio kimi əyalətlər və Kolorado vaksinasiya nisbətlərini artırıb. Bu nisbəti artırmağa kömək edən oxşar təşviq proqramları təklif edən Bayden, federal hökumət işçilərinin peyvənd edildiklərini göstərmək məcburiyyətində qalacaqlarını, vaksinasiyadan keçməyənlərin işlədikləri yerdə maska ​​taxmaq, həftəlik sınaq, sosial uzaqlaşma və işgüzar səyahət məhdudiyyətləri kimi qaydalara tabe olacağını açıqlayıb. New York Bələdiyyə başçısı Bill de Blasio, prezident Baydenin çağırışı ilə New Yorkda vaksinasiyadan keçənlərin 100 dollarlıq bir təşviq ala biləcəyini açıqlayıb.

İyun ayında Yunanıstan hökuməti vaksinasiyadan keçən insanların sayını artırmaq üçün ilk peyvənd dozasını alan 18-25 yaş arası gənclərə 150 ​​avro hədiyyə sertifikatı verəcəyini açıqlayıb. Yunanıstan Baş naziri Kiriakos Mitsotakis tərəfindən "Azadlıq keçidi" adlandırılan hədiyyə kuponunun uçuş və bərə biletləri, musiqi, teatr və arxeoloji yerlər kimi səyahət və əyləncə sənayesi üçün etibarlı olacağı açıqlanıb. Serbiyada prezident Aleksandar Vuçiç, may ayında bir bəyanat verərək, ayın sonuna qədər Covid peyvəndi olan 16 yaşından yuxarı hər kəsin 3000 dinar (təxminən 25 avro) yardım alacağını ifadə edib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə