"Bizə" boş hava" satmaq cəhdləri nəticə verməyəcək" - RUSİYA SƏFİRİ

Rusiyanın Vaşinqtondakı səfiri Anatolini Antonov ABŞ-ın rus diplomatlarla problemində Rusiyanı niyə günahlandırdığını başa düşmədiklərini ifadə edib. SİA xəbər verir ki, ABŞ Dövlət Departamentinin rəsmisi Ned Prays dünən keçirdiyi mətbuat konfransında mövzu ilə bağlı açıqlama verib.

Onun sözlərinə görə, ruslar üçün 3 illik viza müddəti tətbiq olunub: "Burada yeni bir şey yoxdur. Bu insanların viza müddəti bitdikdə ölkəni tərk etmələrini və ya uzadılması üçün müraciət etmələrini gözləyirik".

Praysın sözlərini qarşılığında şərh edən Antonov bildirib ki, Rusiya tərəfi ev sahibi ölkənin təyin etdiyi qaydalara ciddi şəkildə riayət edir: "Sənədləri əvvəlcədən Xarici İşlər Nazirliyinə göndərir, lakin heç bir cavab almır. Hazırda Rusiya səfirliyinin təxminən 60 əməkdaşı Vaşinqtonun qərarını nəzərdən keçirir. Bəziləri hətta 2020-ci ilin may ayından bəri gözləyir. Buna cavab olaraq, bu günə qədər yalnız Rusiya səfirinin müşavirinin vizası uzadılıb. Birləşmiş Ştatlar bu tədbiri böyük bir güzəşt olaraq görür, amma Moskva bunu qəbul etmir. Bizə boş vədlər vermək məsələni həll etmir və biz bununla razı deylik. Bu səbəbdən ABŞ diplomatik nümayəndəliklərinin problemlərini həll etmək üçün ABŞ Dövlət Departamentindən konstruktiv yanaşma gözləyirik".

Antonov eyni zamanda qeyd edib ki, ABŞ-ın rus diplomatlarının ölkədə qalma müddətinə üç illik məhdudiyyət qoyulması və 24 səfirlik işçisinə ölkəni tərk etmək barədə israrlı bildirişləri ABŞ hökumətinin Rusiya diplomatik varlığına əlavə zərbə vurmaq istəyi olduğunu bildirib.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə