ABŞ-dan əfqanlarla bağlı qərar

ABŞ, Taliban hərəkatının irəliləməyə davam etdiyi Əfqanıstanda əfqan qaçqın proqramını genişləndirəcəyini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, açıqlamada, ABŞ üçün işləyən və ölkədə artan şiddət qarşısında risk altında olan qruplar da daxil olmaqla bəzi Əfqanıstan vətəndaşlarına və ailələrinə ABŞ-da məskunlaşma imkanı veriləcəyi bildirilib. Qaçqın proqramına qəbul olunanlar arasında ABŞ-da işləyən tərcüməçilər, yerli işçilər, ABŞ tərəfindən maliyyələşdirilən proqram və layihələrdə iştirak edənlər və ABŞ-da yerləşən bir media orqanı və ya qeyri-kommersiya təşkilatı tərəfindən işləyənlər olacaq.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə