ABŞ Prezidenti Co Baydenə İraqdan əsgərlərin çıxarılıb-çıxarılmayacağı ilə bağlı sual verilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Bayden suala bu cür cavabı verib: "İnanıram ki, İraqda işlər yaxşı gedir. Bu halda İraqdakı rolumuz hər an köməyə hazır olmaq, təhsilə davam etmək, İraq Şam İslam Dövləti ilə problem ortaya çıxanda mübarizə aparmaq olacaq, amma döyüş vəziyyətində qalmayacağıq. İlin sonuna qədər ordumuzu geri çəkməyi planlaşdırırıq".

İraqın oktyabr ayında keçirəcəyi seçkiləri xatırladan Bayden, seçkilərdə hər hansı bir problemin qarşısını almaq üçün çalışdıqlarını ifadə edib. İraq baş naziri Kazimi ABŞ prezidentinə bu sözləri ünvanlayıb: "Hörmətli Prezident, sizinlə işləmək üçün səbirsizliklə gözləyirəm".

O həmçinin Baydenə öz təşəkkürlərini elan edib. Qoşunların çıxarılması ilə bağlı Kazımi bunları deyib: "Qüvvələrimizin İŞİD-ə qarşı birlikdə mübarizə aparmağa hazırlaşmaq üçün müəyyən bir zaman çərçivəsinə ehtiyacı var". 2003-cü ilin martından bu yana bölgədə əsgər saxlayan ABŞ, ilk mərhələdə 8 il İraqı işğal etmişdi. 2011-ci ildə əsgərlərini geri çağırmağa qərar verən ABŞ, İŞİD səbəbi ilə yenidən İraqa əsgər göndərməyə qərar verib. ABŞ əsgərləri Baydenin qərarı ilə geri çəkilməyə başlayır.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə