Hərbi təxribatlar əleyhinə hazırlıq

ABŞ və Cənubi Koreya ilə gərgin münasibətləri ilə tanınan Şimali Koreya ölkəsinin hərbi potensialını gücləndirməyə başlayır. SİA xarici mətbuata istinadən xəbər verir ki, önümüzdəki həftələrdə keçirilməsi gözlənilən ABŞ və Cənubi Koreyanın birgə təlimlərindən əvvəl başlanan gücləndirmə çağırışı müharibəyə hazırlıq kimi şərh edilir. Şimali Koreya lideri Kim Yonq İn ABŞ və Cənubi Koreyanın gələn ay gözlənilən ortaq təlimləri ərəfəsində hərbi potensialı gücləndirməyə çağırıb.

24-27 iyul tarixlərində ölkənin hərbi və siyasi rəsmiləri ilə görüşən Kim, hər hansı bir xarici təxribata qarşı hərbi potensialın inkişaf etdirilməsi ilə bağlı göstəriş verib. Görüş zamanı Kim səlahiyyətlilərə düşmənlərin hərbi təxribatının öhdəsindən gəlmək üçün hazırlıq işlərini tamamlamaq əmrini verib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə