Yunanıstan Ankaranı günahlandırmağa çalışdı

Hər dəfə sığınacaq axtaranları geri çəkməklə beynəlxalq qanunları pozan Yunanıstan Ankaranı günahlandırmağa çalışır. SİA xarici mətbuata istinadən xəbər verir ki, Yunanıstan miqrasiya naziri Notis Mitarakis, Avropa İttifaqı (Aİ) Komissiyasına və birliyin sərhəd və sahil təhlükəsizlik agentliyinə (Frontex) göndərdiyi bir məktubda Türkiyədən şikayətlənib. Mitarakis məktubunda, sığınma ərizəsi rədd edilmiş 1908 mühacirin Yunanıstan adalarında gözlədiyini ifadə edərək Aİ-dan kömək istəyib. Mitarakis Brüsseldən "mühacirlərin geri alınması üçün Türkiyəyə doğru bir addım" atmasını istəyib. Hazırda Yunanıstan adalarında qaçqın sayının 6650 olduğu bildirilir.

Qeyd edək ki, Egeydən Avropaya keçmək istəyən qaçqınlar, Yunanıstan təhlükəsizlik qüvvələri tərəfindən Türkiyəyə geri göndərilərkən ölüm təhlükəsi ilə üzləşirlər.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...