İraqın paytaxtı Bağdadda yerləşən ABŞ səfirliyinə raket hücumu edildiyi barədə məlumat yayılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Bağdadda yerləşən ABŞ səfirliyinin yaxınlığına iki raket hücumu həyata keçirilib. Ətrafdakı avtomobillərə ziyan vuran hücumda itkilərin olub-olmadığı barədə məlumat verilməyib. İraq hökuməti də bu məsələ ilə bağlı hələlik heç bir açıqlama verməyib.

Son vaxtlar ABŞ-ın İraqdakı hədəflərinə tez-tez hücumlar olur. Hücumların arxasında İrana yaxın şiə milis qruplarının dayandığı iddia edilir.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə