Amerikalı senatorun "Şimal Axını-2" təhdidləri PUŞKOV TƏRƏFINDƏN CAVABLANDIRILDI

Senator Aleksey Puşkov ABŞ konqresmeni Ted Kruzun "Şimal Axını-2"-yə qarşı çıxması ilə bağlı açıqlamasına münasibət bildirib. SİA xəbər verir ki, Puşkov bu münasibətini öz teleqram kanalında yazıb.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden və administrasiyası boru kəməri məsələsində Rusiyaya təslim olublar, lakin Kruz növbəti Amerika liderinin respublikaçı olacağına, layihə üzərində Damokl qılıncını qaldıracağına əminlik ifadə edib.

"Senator Kruz çox uzaqlara - siyasi üfüqdən kənara baxır. Birincisi, bu gün respublikaçıların Trampdan başqa heç bir lideri yoxdur və indiyə qədər də artıq heç kim görünmür", deyə Puşkov öz Telegram kanalında yazıb.

Eyni zamanda, senator, Trampın növbəti seçkilərdə qalib gəlməsinin asan olmayacağını, bununla əlaqədar Kruzun proqnozunun çox mübahisəli olduğunu və gələcəkdə "Şimal Axını-2"-yə qarşı tətbiq ediləcək sanksiyalardan danışmağın tez olduğu fikrini bildirib.

"Bundan əlavə, 2024-cü ildən sonra, layihə artıq fəaliyyətə başladığında, sanksiyaların baş verməsi ehtimalı azdır. Beləliklə, Kruzun açıqlaması Demokratik administrasiyaya edilən hücumdan başqa bir şey deyil. Heç uğurlu da deyil", deyə Puşkov əlavə edib.

Xatırladaq ki, "Şimal Axını-2", ümumi gücü ildə 55 milyard kubmetr qazla Rusiyadan Almaniyaya demək olar ki tamamlanmış bir boru kəməridir. Vaşinqton icrasına mane olmaq üçün dörd dəfə sanksiya tətbiq edib, lakin tikinti son mərhələyə gəlib və bu yayın sonuna qədər tamamlanmalıdır. Bu həftə Berlin və Vaşinqton, xüsusilə "Şimal Axını-2"-nin işləmə şərtlərini ifadə edən ortaq bir bəyanat yayıb. ABŞ və Almaniya, Rusiya qazının Ukrayna üzərindən tranzitinin 2024-cü ildən sonra da davam etdirilməsinin Kiyev və Brüsselin maraqlarına uyğun olduğuna inanır, bunun üçün Almaniya mövcud təsir vasitələrindən istifadə etməyi öhdəsinə götürür.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...