Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova ABŞ-ın İŞİD-lə əlaqələrinə dair kifayət qədər dəlil olduğunu bildirib. SİA rus mətbuatına istinadən xəbər verir ki, Mariya Zaxarova keçirdiyi brifinqdə Əfqanıstandakı terror hadisələrinə diqqət çəkib.

Onun sözlərinə görə, 2017-ci ildən bəri Əfqanıstanın şimalında baş verən helikopter uçuşları ilə bağlı bir çox sualımız var idi: “Əfqan mənbələrinə görə, bu təyyarələr İŞİD birliklərini canlı qüvvə, silah və sursatla təmin edib, ölən və yaralanan terrorçuları döyüş sahələrindən çıxarıblar. Bu məlumatların ABŞ və İŞİD silahlıları arasında əməkdaşlıq olduğunu söyləmək üçün yetərli dəlil olduğuna inanırıq”.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə