ABŞ Xarici İşlər üzrə Dövlət Katibinin müavini Victoriya Nuland Komitənin təşkil etdiyi "ABŞ-ın Türkiyə siyasəti" adlı iclasda çıxış edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Nuland iclasda Türkiyə ilə bağlı fikirlərinin bildirib.

ABŞ Xarici İşlər üzrə Dövlət Katibinin müavini qeyd edib ki, “Vaşington və Ankaranın Ukrayna və Liviya kimi regional məsələlərdə, xüsusilə terrorizmlə mübarizədə sıx əlaqə qurur. Həmçinin Türkiyə 4 milyon suriyalını, xüsusən Suriyanın şimalında Əsəd rejiminin hücumlarından qoruyur. 3,6 milyon suriyalı olan Türkiyə dünyanın ən böyük qaçqın qonaq ölkəsi halına gəlib. Demək istərdim ki, 4 milyon qaçqını dəstəkləmək üçün davamlı səylərinə görə Türkiyəyə minnətdarıq. ABŞ rəhbərliyi olaraq bundan son dərəcə məmnunuq. Bu töhfə bizim müttəfiqlərimiz və tərəfdaşlarımızın qoşunlarımız geri çəkildikdən sonra Kabildə güclü bir diplomatik varlığımızı davam etdirməsidir ki, bu da həyati əhəmiyyət daşıyır".

Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə