Donbasdakı atəşkəs rejimi sutkada beş dəfə pozulub UKRAYNA TƏHLÜKƏSİZLİK QÜVVƏLƏRİ TƏRƏFİNDƏN

Ukrayna təhlükəsizlik qüvvələri Donbassdakı atəşkəsi son bir gündə beş dəfə pozublar. SİA xəbər verir ki, bu barədə cümə günü Donetsk Xalq Respublikasının Müştərək Yoxlama və Koordinasiya Mərkəzinin nümayəndəsi jurnalistlərə bəyan edib.

"Son bir gündə Ukraynanın silahlı qüvvələri tərəfindən müddətsiz atəşkəs pozuntularının ümumi sayı beş dəfə təşkil edib", deyə mərkəzin nümayəndəsi jurnalistlərə bildirib.

Nümayəndə əlavə edib ki, atışma zamanı təhlükəsizlik qüvvələri respublika daxilində qumbaraatanlardan, atıcı silahlardan və 14 ədəd 82 mm çaplı minalardan istifadə ediblər.

Xatırladaq ki, 27 iyul tarixində Donbassda barışığın təmin edilməsi üçün əlavə tədbirlər qüvvəyə minib. Bu tədbirlər atəşlərin, yaşayış məntəqələrində və yaxınlığında silahların yerləşdirilməsinin, hücum və kəşfiyyat, eləcə də təxribat hərəkətlərinin tamamilə qadağan olunmasını nəzərdə tutur. Bundan əlavə, atəşkəs pozuntularına görə intizam məsuliyyəti nəzərdə tutulur. Onu qorumaq üçün tədbirləri ehtiva edən atəşkəs əmrləri münaqişə tam həll olunana qədər qüvvədə olmalıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə