Dörd ayda 12 min insan iş yerini itirib Ermənistanda

Son dörd ay ərzində Ermənistanda koronavirus pandemiyasının iqtisadiyyata mənfi təsiri fonunda 12 minə yaxın insan iş yerlərini itirib. SİA RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bunu Dövlət Gəlirləri Komitəsi sədrinin müavini Artur Manukyan deyib.

"Dörd ay ərzində təxminən 12 min işçi işdən çıxarılıb, yəni iş yerlərinin sayı bu qədər azaldılıb", deyə Manukyan "Armenpress" dövlət agentliyinin mətbuat mərkəzində keçirilən onlayn brifinq zamanı bildirib.
Onun sözlərinə görə, karantin məhdudiyyətləri altında işəgötürənlərin işlərini davam etdirərkən işçilərin maaşlarını hesablamadığı hallar da daha çox olur.
Xatırladaq ki, Ermənistanda koronavirusun yayılması ilə mübarizə üçün martın 16-dan iyunun 13-dək fövqəladə vəziyyət elan edilib. 3 iyun tarixindəki məlumatlara görə, ölkədə 10524 nəfərdə COVID-19 aşkarlanıb, 170 nəfər isə bu xəstəlik səbəbindən ölüb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə