Serbiya polisi 77 kiloqram heroin ələ keçirib

Serbiya hüquq-mühafizə orqanları xüsusi əməliyyat nəticəsində narkotiklərin yayılması ilə məşğul olan cinayətkar qrupu yaxalayıb. SİA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Neboyşa Stefanoviç məlumat verib.

Onun sözlərinə görə, “qara bazar”da dəyəri 5 milyon avro olan 77 kiloqram heroin ələ keçirilib.

“Polis əməkdaşları 77 kq təmiz heroin götürüb və ölkədə qadağan olunmuş maddələrin yayılmasında şübhəli bilinən üç nəfərdən ibarət cinayətkar qrupu ələ keçiriblər”, - deyə nazirliyin mətbuat xidməti nazirdən sitat gətirib.

Narkotik maddələrin Türkiyə ərazisindən gətirildiyi, sonra isə Serbiyada paylandığı qeyd olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə