The Guardian: ABŞ-ın Qrenlandiya müqaviləsinə əslində nələr daxildir?

Rusiya və Çin təsirindən qorunma müqavilənin əsas elementidir…
The Guardian: ABŞ-ın Qrenlandiya müqaviləsinə əslində nələr daxildir?

...Artıq ABŞ, Danimarka və Qrenlandiya Qrenlandiyanın müdafiəsi ilə bağlı yeni bir müqavilə imzalayıblar və bu, Arktikada Amerika hərbi imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib.

SİA xəbər verir ki, The Guardian qəzetinin məlumatına görə, sənəd Danimarkanın Qrenlandiya üzərində suverenliyini və sakinlərinin öz müqəddəratını təyin etmək hüququnu təsdiqləyir.

Vaşinqton Pituffik Hava Bazasında əməliyyatları genişləndirə, Narasarsuaq və Mestersviqdə yeni müdafiə obyektləri yarada biləcək.

Bundan əlavə, müqavilə ABŞ-a əlavə hərbi zonalar yaratmağa və mövcud infrastrukturu gücləndirməyə imkan verir. Amerika hərbi təyyarələri ərazi suları da daxil olmaqla, Qrenlandiyanın üzərindən uçmaq və enmək hüququna malik olacaq.

Danimarka və adanın hakimiyyəti həmçinin əsas müdafiə zonalarından kənarda pilotsuz hərbi aktivlərin yerləşdirilməsi üçün müraciətlərin nəzərdən keçirilməsini sürətləndirmək barədə razılığa gəliblər.

Müqavilə xüsusilə xarici təsirdən qorunma məsələsini əhatə edir.

NATO üzvü olmayan ölkələr tərəflərin razılığı olmadan Qrenlandiyada hərbi obyektlər yerləşdirə və ya daimi hərbi mövcudluğu saxlaya bilməyəcəklər.

Bu cür dövlətlərin investisiyaları onlara milli təhlükəsizliyi təhdid edə biləcək nəzarət, əhəmiyyətli təsir və ya məxfi məlumatlara çıxış imkanı verməməlidir.

Bu, Rusiya və Çinin adadakı hərbi və iqtisadi mövcudluğuna əlavə maneələr yaradır. Bundan əlavə, müqavilənin müddəti bitmir. Qrenlandiyanın gələcəkdə müstəqillik qazanması halında, yeni dövlət NATO üzvlüyünü qorumalı və müqavilənin öhdəliklərini qəbul etməlidir.

Müqavilədə deyilir ki, "NATO üzvü olmayan heç bir dövlət Qrenlandiyada öz hərbi infrastrukturunu qura bilməyəcək".

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə