İstanbulun Küçükçekmece rayonunda şəhərsalma layihəsi çərçivəsində sökülən binanın bir hissəsi çöküb. SİA xəbər verir ki, hadisə zamanı yoldan keçən 2 nəfər yaralanıb. Məlumata görə, şəhərsalma layihəsi çərçivəsində boşaldılan və sökülməsinə başlanılan binanın bir hissəsində çökmə meydana gəlib.
Hadisə ilə bağlı əraziyə polis, yanğınsöndürən və tibbi yardım briqadaları göndərilib. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxanaya çatdırılıb.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB