"Düzgün razılaşma olmayacaqsa mən ona baxmayacam" - Trampdan İrana HƏDƏ

"Düzgün razılaşma olmayacaqsa mən ona baxmayacam" - Trampdan İrana HƏDƏ

ABŞ Prezidenti Donald Tramp İranın iki ölkə arasında davam edən münaqişə fonunda Vaşinqtonla razılaşma əldə etməyə çalışdığını bildirib.

SİA-nın məlumatına görə, Ağ Ev rəhbəri "NewsNation" telekanalına müsahibəsində İranın hazırda ABŞ-la razılaşma əldə etmək istədiyini deyib.

SİTAT: "Hazırda onlar razılaşma əldə etmək istəyirlər. Əgər bu, düzgün razılaşma olmayacaqsa, mən hətta ona baxmayacağam. Amma hazırda onlar razılaşma istəyirlər, çünki hər baxımdan uduzurlar", – deyə bildirib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə