Yəməndə müharibənin genişlənməsi enerji təhlükəsizliyi ilə bağlı narahatlığı artırır
Yəməndə husilərin ölkənin qərb sahillərində ərazilər üzərində nəzarəti genişləndirməsi regiondakı müharibənin yeni mərhələyə keçməsi ilə bağlı narahatlıqları artırıb.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, münaqişə Bab əl-Məndəb və Hörmüz boğazları kimi dünya enerji və ticarət sistemində mühüm əhəmiyyət daşıyan marşrutlarla bağlı təhlükəsizlik məsələlərini də gündəmə gətirib.
Husilərin İranla müttəfiq olduğu bildirilir. Onların mühüm liman və adalar üzərində nəzarəti genişləndirməsi neft daşımalarının təhlükəsizliyi ilə bağlı narahatlıqları artırır.
Bununla yanaşı, Yəməndə humanitar vəziyyət ağır olaraq qalır. 2014-cü ildən bəri münaqişə nəticəsində 150 mindən çox insanın öldüyü, 4,5 milyon nəfərin məcburi köçkün vəziyyətinə düşdüyü və 18,2 milyondan çox insanın humanitar yardıma ehtiyac duyduğu bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB