Avstraliyanın keçmiş baş naziri AUKUS razılaşmasını tənqid edib

Avstraliyanın keçmiş baş naziri AUKUS razılaşmasını tənqid edib

Avstraliyanın keçmiş baş naziri Pol Kitting ölkəsinin ABŞ və Böyük Britaniya ilə AUKUS təhlükəsizlik razılaşmasının gələcəkdə Avstraliyanı ABŞ-Çin münaqişəsinə cəlb edə biləcəyini bildirib.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Kittingin sözlərinə görə, xüsusilə Tayvan ətrafında mümkün hərbi qarşıdurma Avstraliyanın birbaşa təhlükə qarşısında qalmasına səbəb ola bilər.

O hesab edir ki, ABŞ və Çin arasında müharibə baş verərsə, Avstraliyanın ABŞ hərbi obyektlərinə və qüvvələrinə verdiyi dəstək Pekinin cavab tədbirlərinin hədəfinə çevrilə bilər.

Kitting AUKUS çərçivəsində Avstraliyanın ABŞ hərbi sisteminə daha sıx inteqrasiyasının ölkənin suverenliyi ilə bağlı suallar yaratdığını bildirib.

AUKUS razılaşması çərçivəsində Avstraliyanın nüvə enerjili sualtı qayıqlar əldə etməsi nəzərdə tutulur. Layihənin ümumi dəyərinin qarşıdakı onilliklər ərzində yüz milyardlarla Avstraliya dollarına çatacağı gözlənilir.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə