Qəzzada 15 yaşlı oğlanın və tibb işçisinin ölümü ilə nəticələnən hadisə araşdırılıb
Qəzza şəhərinin şimalında 15 yaşlı Məhəmməd Əbdül Zinati məktəbdən evə qayıdarkən küçədə partlayış baş verib. Hadisədən sonra o və ətrafdakı digər şəxslər yaralı bir insanın köməyinə getməyə çalışıblar.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, şahidlərin sözlərinə görə, yaralı şəxs küçədə yardım gözləyərkən Məhəmməd ona yaxınlaşıb. Bu zaman havada İsrailə məxsus pilotsuz uçuş aparatı müşahidə olunub.
Şahidlər bildiriblər ki, dron ikinci zərbəni endirib və Məhəmməd həmin anda yaralı şəxsin yanında olub. 15 yaşlı yeniyetmə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Yaralanan şəxsin Qəzza Mülki Müdafiə Xidmətinin məlumatına görə, tibb işçisi Şərif Şadi Labad olduğu müəyyənləşdirilib.
İsrail ordusu Labadın HƏMAS-ın üzvü olduğunu və onun 7 oktyabr hadisələrində iştirak etdiyini iddia edib. Ordu zərbənin məhz onun hədəf alındığını bildirib.
Silah ekspertləri hadisənin görüntülərini araşdıraraq istifadə olunan sursatın İsrail dronlarında tətbiq olunan “Mikholit” tipli bomba ola biləcəyini bildiriblər. Ekspertlər dronların yüksək keyfiyyətli kameralar vasitəsilə ərazidə insanların olduğunu görə biləcəyini və bəzi sursatların uçuş zamanı istiqamətinin dəyişdirilməsinin mümkün olduğunu qeyd ediblər.
İsrail ordusu ikinci zərbə zamanı mülki şəxsin xəsarət alması barədə məlumatın araşdırıldığını və mülki əhaliyə zərər vurulmaması üçün tədbirlər gördüyünü açıqlayıb.
Qəzza səhiyyə qurumlarının məlumatına görə, 2025-ci il oktyabrın 11-də qüvvəyə minən atəşkəsdən sonra ərazidə 1 369 fələstinli öldürülüb, 4 627 nəfər yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB